Balakəndə ev yanıb kül oldu

SOSİAL 28 may 2022, 22:58
Balakəndə fərdi yaşayış evi yanıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, bu gün saat 15:50-də rayonun Tülü kəndində, kənd sakini Elxan İslam oğlu Heykəlova məxsus, ümumi sahəsi 120 kv/m olan birmərtəbəli fərdi yaşayış evində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları, iki otağın tavanı və ev əşyaları qismən yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 iyn 2022, 20:59
Top