“Biz müstəqil olmadan yaşamağı təsəvvür belə etmirik” — Deputat

GÜNDƏM 28 may 2022, 10:58
“Müstəqillik xalqımızın əldə etdiyi ən böyük nemətdir”. 

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib. 

“Biz müstəqil olmadan yaşamağı təsəvvür belə etmirik. Onun uğrunda minlərlə şəhid qurban vermişik. Amma heç bir qüvvə Azərbaycan xalqını müstəqil olmaq arzusundan əl çəkməyə vadar edə bilməyib. Bu fədakarlıq bizi möhtəşəm qələbəyə çatdırdı. 

Azərbaycan artıq həm müstəqil, həm güclü, həm də azad ölkədir. Mən bu uğurlar münasibətilə hər kəsin Müstəqillik bayramını təbrik edir, müstəqil dövlətimizin daim var olmasını arzu edirəm!”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top