Nəcməddin Sadıkovun “sağ əli” həbs olundu — YENİLƏNİB

HADİSƏ 28 may 2022, 13:19
Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyev həbs edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Hərbi Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312.2 maddələri ilə cinayət işi başlanıb, lakin Zahid Niftəliyev istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib və ötən gün saxlanılmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluq Zahid Niftəliyevin qanunsuz əməllərindən zərərçəkmiş şəxslərə Hərbi Prokurorluğa müraciət etməyi tövsiyə edir (əlaqə nömrəsi (050) 2952323).

***10:22

Ötən gün Nəcməddin Sadıkovun yaxın adamı, onun “sağ əli” hesab olunan Zahid Niftəliyev (“şlyapa” ləqəbli) həbs olunub.  


Bizim.Media-nın əldə etdiyi məlumata görə, o, məhkəmə zalında həbs olunub.  

Verilən məlumatda Z.Niftəliyevin mənimsəmə və dələduzluqda ittiham olunduğu bildirilir.  

Qeyd edək ki, “şlyapa” ləqəbli Z.Niftəliyevin iki kürəkəni az xidmət etmələrinə baxmayaraq, N.Sadıkov sayəsində evlə təmin olunublar. Z.Niftəliyev mülki şəxs olmasına baxmayaraq, o, N.Sadıkovun “sağ əli” olub.  

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top