Bu şəxslərin meymunçiçəyinə yoluxma ehtimalı azdır

GÜNDƏM 28 may 2022, 00:16
“Bu xəstəliklər adlarındakı oxşarlığa görə, bəzən insanlarda yanlış təəssürat yaradır. İnsanlar bunu eyni xəstəlik kimi qiymətləndirirlər”.

Bu sözləri “TƏBİB” və “Real Tv”nin birgə layihəsi olan “Təbib məsləhəti”də “TƏBİB-in infeksion nəzarətinin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva “Suçiçəyi və digər çiçək xəstəliklərinə yoluxmuş şəxslərin meymunçiçəyinə yoluxma ehtimalı varmı?” sualını cavablandırarkən deyib.

Nəzrin Mustafayeva qeyd edib ki, meymunçuçəyi xəstəliyi çiçək virusu ailəsinə aiddir və o xəstəliyi keçirən şəxslərdə və yaxud da o xəstəliyə qarşı vaksin olunmuş şəxslərdə yoluxma ehtimalı azdır.

“Yoluxduqları təqdirdə xəstəliyi daha yüngül keçirirlər. Araşdırmalar bunu göstərib. Lakin suçiçəyi xəstəliyi tamam fərqli bir virus ailəsinə aid olduğuna görə, bu xəstəliklərin yalnız klinik əlamətlər və ad oxşarlığı var” ,- deyə o əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top