Sadık Akyar: “Elə bil hansısa Avropa şəhərindəyəm”

GÜNDƏM 27 may 2022, 13:34
Paytaxt Bakı tarixi günləri yaşayır. 29 may tarixinə qədər davam edəcək “Texnofest-2022” festivalı bir daha dünyanın diqqətini Azərbaycana yönəldib. 

Dünən - “Texnofest-2022”nin ilk günündə qonaqlar arasında olan Türkiyənin beynəlxalq əlaqələr və hərbi məsələlər üzrə eksperti Sadık Akyar festivalla bağlı təəssüratlarını Demokrat.az-la bölüşüb:

“Öncə mən nitqimə başlamadan öncə sabah qeyd olunacaq Azərbaycanın müstəqillik gününü cani-könüldən təbrik edirəm. Mən özüm də köhnə zabitəm, Azərbaycan ordusunun bu günə gəlməsində bizim də qatqımız oldu, o səbəbdən daha çox xoşbəxtəm. “Texnofest”ə gəlincə, bu il “Texnofest” Türkiyədə də olacaq, avqustun sonu, sentyabrın əvvəlində Samsun şəhərində, amma artıq hər il bu qardaş cümhuriyyətlərdə təşkil edilməsi çox önəmli, bunun da Azərbaycandan başlaması, özəlliklə Qarabağ savaşındakı zəfərdən sonra burda təşkil edilməsi daha böyük əhəmiyyətm kəsb edir. Mən şəxsən bu festival səbəbi ilə 2 cür qürurlanıram: həm Azərbaycan ordusu ilə, Azərbaycan ordusunun gəldiyi səviyyə ilə. Çünki bu illər ərzində biz Azərbaycan ordusunun güclənməsini izlədik, həm peşəmdən dolayı, həm də bir qardaş ölkənin vətəndaşı olaraq. Çox sevincliyəm Azərbaycanın bugünkü gücünə, qüdrətinə. 

Həm də ona görə qürurlandım ki, bu festivalda biz Türkiyə-Azərbaycanın hərbi birliyinə, qardaşlığına da şahid olduq. 

Festivalın təşkilatı işlərinə gəlincə isə, hər şey çox gözəldir. Həm məkanı, yerləşməsi, genişliyi. Yanımda bir dostum da var idi, heyrət içində özünü Bakıda yox, hansısa Avropa şəhərindəyəm. Mən də dedim ki, Avropa şəhəri nədir ki, Bakı ondan daha üstün olub. Biz hər dəfə Bakıya gələndə təsadüfən, hansısa böyük bir tədbirə qatılmış oluruq. İnanırıq ki, növbəti gəlişimizdə də Bakı hansısa maraqlı və genişmiqyaslı tədbirə ev sahibliyi edəcək.”



Gülçin Qorxmaz
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top