Ramiz Zeynalovun xidmət müddəti başa çatdı

GÜNDƏM 26 may 2022, 15:26
Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun daxili işlər orqanlarında xidmət müddəti başa çatıb.

Demokrat.az xəbər verir ki, bu gün R.Zeynalovun xidmət müddətinin sonuncu günüdür.

Generalın vəzifədən azad edilib-edilməyəcəyi məlum deyil. Müddət daha 1 il də artırıla bilər.

Qeyd: 2021-ci ilin mayın 26-da Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov R.Zeynalovun daxili işlər orqanlarında xidmət müddətini bir il artırıb.

2022-ci ilin fevralın 19-da Ramiz Zeynalovun 71 yaşı tamam olub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 apr 2024, 09:22
Top