Azərbaycanda gənc oğlan arvadını döydü, sonra bıçaq, balta ilə... — Şok təfərrüat

KRİMİNAL 26 may 2022, 11:41
Abşeron rayonunda 1990-cı il təvəllüdlü Aydın şəxsi münasibətlər zəminində arvadı Aynurəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin fevralın 24-də baş verib. 

Aydın yaşadığı evində aralarında yaranmış ailə məişət münasibətləri nəticəsində baş vermiş mübahisə zamanı arvadı Aynurəni döyərək, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

İstintaq orqanı tərəfindən Aydının barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Şövkət Nəcəfovanın sədrliyi ilə araşdırılıb. 

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Aydın ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2016-cı ildə Aynurə ilə ailə həyatı qurub və həmin nikahdan iki övladımız olub: “Bir müddət olar ki, arvadım ilə münasibətlərinin normal olmayıb. Buna səbəb arvadımın sözlərimə qulaq asmaması və anasının sözü ilə məni ailə başçısı kimi qəbul etmirdi. Arvadım ilə mütəmadi olaraq aramızda ailə məişət münasibətləri üstündə mübahisələrimiz yaranırdı”.

Təqsirləndirilən şəxs qeyd edib ki, fevralın 24-də, saat 23 radələrində yaşadıqları evdə olarkən yenə də arvadı Aynurə ilə onun xəyanət etməsindən şübhələndiyi üçün aralarında mübahisə yaranıb: “Həmin vaxt Aynurə mənə cavab qaytardı, iradını bildirdi. Bunun üçün yumruqla onun sifət nahiyəsindən və təpiklə bədəninin müxtəlif nahiyələrindən vuraraq onu döydüm”. 

Aydın bildirdin ki, arvadı ilə aralarında mübahisə yaranan zaman əlində balta və bıçaq olmayıb: “Arvadım baş verən hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vuraraq mənim tərəfimdən döyülməsi barədə polisə məlumat verdi. Aramızda baş vermiş mübahisənin 5-10 dəqiqə davam edib. Mübahisə yaşadığımız evdə baş verib. Orada kənar şəxslər olmayıb. Arvadım mənə qarşı hər hansı bir fiziki zor tətbiq etməyib”. 

Aydın ifadəsinin sonda hərəkətindən peşman olduğunu, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edib. 

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Aynurənin sözlərinə görə, bir müddətdir əri Aydın ilə münasibətlərinin normal olmayıb: “Buna səbəb Aydının yaşadığımız evdə əsassız olaraq münaqişə yaratması və məni dəfələrlə döyməsini olub. Aydınla mütəmadi olaraq aramızda ailə məişət münasibətləri üstündə mübahisələrimiz yaranıb. Fevralın 24-də, saat 23 radələrində yaşadığımız evdə olarkən yenə də Aydınla guya ona xəyanət etməyimdən əsassız olaraq şübhələndiyi üçün  aramızda mübahisə yarandı. Həmin vaxt ona iradımı bildirdim. Bunun üçün Aydın yumruqla sifət nahiyəmdən və yumruq, təpiklə bədənimin müxtəlif nahiyələrindən vurdu. Məni döyərək əlində olan evdən götürdüyü bıçaq və balta ilə xəsarətlər yetirdi. Uşaqları götürərək yaşadığımız evdən qaçaraq getdim. Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vuraraq hadisə barədə məlumat verdim”. 

Aynurə ifadəsinin sonunda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, ona cəza verilməsini xahiş edib.

Aydının barəsində 8 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilib. Onun azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə Abşeron rayonu və Bakı şəhərini saat 23:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulub. 

Hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilib. Cəzanın icrası müddəti təqsirləndirilən şəxsin icra orqanında qeydiyyata alındığı vaxtdan hesablanıb. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top