Sudan lideri İlham Əliyevi təbrik edib

GÜNDƏM 25 may 2022, 18:15
Sudan Respublikasının Suveren Keçid Şurasının sədri Abdel Fattah Abdelrahman Al-Burhan Prezident İlham Əliyevi təbrik edib.

Təbrik məktubunda deyilir:

"Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizi, ailənizi, Zati-alinizin simasında Azərbaycan xalqını və dövlətini Sudan hökuməti və xalqı adından, şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz və xalqlarımız arasında mövcud olan ikitərəfli əlaqələrdən məmnunluq hissi duyduğumu bildirərək, aramızdakı dostluq və qardaşlıq münasibətlərinin getdikcə daha da möhkəmlənəcəyinə əminliyimi bildirirəm.
Zati-aliləri, xahiş edirəm, ən yüksək hörmət və ehtiramımı qəbul edin"

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top