Blinken və Paşinyan arasında Brüssel MÜZAKİRƏSİ

GÜNDƏM 24 may 2022, 21:06
Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ın dövlət katibi Entoni Blinkenlə telefonla danışıb.

Demokrat.az TASS-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, N.Paşinyan mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Şurasının Prezidenti Şarl Mişel ilə üçtərəfli görüşü müsbət qiymətləndirib. 

"Həmsöhbətlər Dağlıq Qarabağ münaqişəsinin həlli, regional kommunikasiyaların açılması, regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Paşinyan mayın 22-də Brüsseldə keçirilən üçtərəfli görüşlə bağlı təəssüratlarını bölüşüb, görüşün ümumilikdə müsbət keçdiyini vurğulayıb", - məlumatda deyilir.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top