Vaksin olunanların sayı açıqlandı

GÜNDƏM 24 may 2022, 18:39
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2999 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 349, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 271, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2148, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 231 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 710 006, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 346 173, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 847 713, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 271 363, pozitiv nəticədən sonra buster doza olunanların sayı 244 757 təşkil edir.

Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top