Pandemiyadan sonra turistlərin sayında artım var

TURİZM 23 may 2022, 15:30
Ölkədə qeyri-neft sektoru üzrə əsas inkişaf istiqamətlərdən biri də turizmdir. Pandemiya dövründə durğunluq yaşasa da, hazırda müəyyən qədər canlanma müşahidə olunur. Cari ilin birinci rübündə ölkəyə gələn turistlərin sayında artım var. 

Dövlət Turizm Agentliyinin media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Gülnar Mustafayeva Demokrat.az-a bildirib ki, ilin ilk 4 ayının statistikasından artım dinamikasını görmək mümkündür:

“Fevral, mart və aprel aylarında olan artım sayları 103, 112, 112 və 84 faiz olaraq qiymətləndirilib. Bütövlükdə 4 ayın statistikasına baxdıqda bu ötən ilin eyni dövrü ilə 103 faiz çox deməkdir. Bu da say ilə desək, 330 mindən çox xarici ziyarətçi deməkdir. Aprel ayının statistikasına nəzər yetirsək ən çox turist qəbul etdiyimiz ölkələr Türkiyə, Gürcüstan, İran, Rusiya və Hindistandır. Növbəti sıralamada SƏ-nı, Pakistanı, BƏƏ, Qətər və İsrail də öz yerini alır.”



Ölkəyə gələn turistlərin sayının daha da artırılması istiqamətində işlər görülür. Bunun üçün həm daxili, həm də xarici turizm sektorunda yeni layihələr hazırlanır:

“Hədəf ölkələrimizdə təbliğat marketinq tədbirləri davam etdirilir. Müxtəlif beynəxlalq sərgilərdə iştirak edirik. STIK əlbəttə ki, bu təbliğat və marketinq tədbirləri də öz müsbət nəticəsini göstərməkdədir. Hədəf bazarlarımızın arealı kifayət qədər genişdir. ənənəvi bazarlarla yanaşı Yaxın Şərq ölkələri Hindistan və Pakistandır. O cümlədən, Avropa ölkələrində də biz tələbə uyğun olaraq, hər bir ölkənin spesifikasını nəzərə alaraq təbliğat işlərini aparırıq.”

Bakıda keçiriləcək formula-1 yarışı da ölkəyə turist axınına təmin edəcək. Turizmin inkişafı qlobal iqtisadi böhran yarandığı dövrdə ölkə iqtisadiyyatına töhfəsini verəcək. 

Gülçin Qorxmaz
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top