Nikol Paşinyan Şarl Mişellə təkbətək görüşdü — YENİLƏNİB

GÜNDƏM 22 may 2022, 21:08
Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında görüş keçirilib.

“Report” xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Baş nazir Nikol Paşinyan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə təkbətək görüş keçirib”, - məlumatda deyilir.

Onlar hazırkı danışıqların səmərəli olacağına, sabitliyə və problemlərin hərtərəfli həllinə töhfə verəcəyinə ümidvar olduqlarını bildiriblər.

Paşinyan və Mişel 2021-ci il dekabrın 14-də və 2022-ci il aprelin 6-da əldə olunmuş razılaşmaların icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

19:44
Brüsseldə səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyanın Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişellə təkbətək görüşü başlayıb.

Demokrat.az
xəbər verir ki, Şarl Mişel Nikol Paşinyanı qarşılayıb. Daha sonra onlar birgə foto çəkdiriblər.

Qeyd edək ki, artıq Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə təkbətək görüşü keçirilib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top