Suriya Türkiyədəki qaçqınları qəbul etməkdən imtina etdi

REGİON 21 may 2022, 19:08
Suriya Türkiyədəki qaçqın həyatı yaşayan vətəndaşlarını qəbul etməkdən imtina edib.

Demokrat.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl Türkiyədə yaşayan suriyalı qaçqınları vətənlərinə göndərmək istədiyini bildirmişdi. 

10 ildən çoxdur ki, davam edən böhrandan yaxa qurtarmaq istəyən suriyalılar Türkiyəyə sığınıblar. Ərdoğan isə bu yaxınlarda 1 milyon suriyalı qaçqını təkrar vətənlərinə geri göndərəcəyini açıqlamışdı.

Suriya Daxili İşlər Nazirliyi isə bu qərara münasibət bildirərək qeyd edib ki, onlar suriyalı qaçqınları geri qaytarmaq fikrində deyildirlər.

Suriya DİN rəsmisi açıqlamasında "Biz bu cür oyunları rədd edirik" deyərək digər ölkələri Türkiyəyə maliyyə ayırmamağa çaığırıb.

Malik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top