Xaçmazda “TIR” kişini vuraraq öldürdü

HADİSƏ 21 may 2022, 09:22
Xaçmaz rayonunda “TIR” piyadanı vuraraq öldürüb.

“Report”un Şimal bürosunun xəbərinə görə, hadisə Xaçmaz-Xudat yolunun Çinartala kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, yük avtomobili 1995-ci il təvəllüdlü Palçıqoba kənd sakini Muradov Şəmsəddin Çingiz oglunu vurub.

Ş. Muradov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 iyul 2025, 16:37
Top