Mayın 12-dən etribarən Dövlət İmtahan Mərkəzinin saytı vasitəsiylə subbakalavrların ali təhsil müəssisələrinə qəbulla bağlı qeydiyyata başlanılıb. Proses elektron qaydada aparılır və iyul ayının 1- ə qədər davam edəcək. Xüsusi qabiliyyət tələb edən ixtisasların qeydiyyatı isə mayın 27-də yekunlaşacaq.
Dövlət İmtahan Mərkəzinin Mətbuatla İş və Elktron Kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə Demokrat.az-a bildirib ki, 2012-ci ildən sonra məzun olanlar ancaq subbakalavr ixtisas dərəcəsinə malikdirlər və yalnızca həmin şəxslər müsabiqəyə qoşul bilərlər:
“Müsabiqədə ümumi olaraq iştirak pulsuzdur, öhdənişsizdir. Yəni subbakalavrlardan hər hansı bir ödəniş tələb olunmur. Müsabiqə necə keçirilir? İlk növbədə ümumi orta müvəffəqiyyət göstəricisinə- kollecdə aldığı qiymətlərin ədədi ortasına baxılır. Əgər kimin balı üstündürsə, təbii ki, həmin şəxs o yerə yerləşdirilir. Bu bal da bərabər olarsa, o zaman attestat imtahanına baxılır. Orta məktəbdə aldıqları qiymətin ədədi ortası. Buradakim üstündürsə təbii ki, həmin şəxs müsabiqədən keçmiş olur”.

Dövlət İmtahan Mərkəzi tərəfindən subbakalavrlar üçün nəşr olunan abituriyent jurnalının 4-cü buraxılışında ixtisasların uyğunluğu göstərilir. Subbakalavrlar ancaq kolleci bitirdiyi ixtisas üzrə seçim edə bilərlər. İxtisasına uyğun seçim edə bilməyənlər isə qəbul imtahanında iştirak etməlidir. Seçimi zamanı isə maksimum 15 ixtisas üzrə yer yazmaq mümkündür.
“İxtisas seçimindən əvvəl o jurnal çıxır. İxtisas seçimini biz avqust ayına təsadüf etdiyini nəzərə alsaq, yəqin ki, iyul ayina mən güman edirəm ki, o jurnal nəşr olunmuş olacaq. Orada göstərilir ki, hansı ali təhsil müəssisəsisəsində hansı ixtisas var, nə qədər plan yeri var. Hansısa bir məhdudiyyət yoxdur ki, siz subbakalavr olduğunuza görə qiyabini seçə bilməzsiniz. Bu ali təhsil müəssisəsinin təqdim etdiyi yerin orada tədrisin hansı formada təşkil olunmasından asılıdır. Abiturientlər yerləşdirildikdən sonra əgər boş yer qalarsa, o zaman müsabiqəyə qoşulurlar. Burada üstünlük abituriyentə verilir. Çünki o imtahanda iştirak edibdir. Abiturient qəbul olarsa, yerlər boş qalarsa, onda subbakalavrlar mübarizəyə qoşulurlar”.
Bir neçə ildir subbakalavrlara yaradılan bu imkan ildən-ilə onların sayında artımla müşahidə olunur.
Gülçin Qorxmaz
Demokrat.az