Polis müxalif liderin qolunu belə sındırdı — VİDEO

REGİON 19 may 2022, 08:43
İrəvanda baş nazir Paşinyn əleyhinə aksiyalar davam edir. 

Demokrat.az xəbər verir ki, polis aksiyaları dağıtmaq üçün yüzdən çox etirazçını həbs edib.

Müxalifət də öz növbəsində əsas küçə və prospektləri tutmağa cəhd göstərib. Hətta metro stansiyalarında da etirazlar davam edib.

Bu arada aksiya zamanı “Daşnaksütyun” partiyası Ali Şurasının sədri Simon Simonyan Komitas prospektində polis zorakılığı ilə üzləşib. Belə ki, zorla polis maşınına mindirilərkən, polisin onun qolunu sındırdığı iddia olunur.

Videodan da göründüyü kimj Simonyan polis maşınına mindirilərkən, “Qolumu sındırdın, heyvan” deyə, qışqırır.

Qeyd edək ki, artıq bir neçə gündür ki, Ermənistanda vətəndaş itaətsizliyi aksiyaları keçirilir. Müxalifətin “Müqavimət” hərəkatının təşkil etdiyi mitinqlər əsasən paytaxt İrəvanda təşkil edilir. Etirazçılar küçələri aktiv şəkildə bağlayırlar. Polisin müdaxiləsindən sonra hər gün onlarla etirazçı saxlanılır.

VİDEONU BURADAN İZLƏYİN

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top