Milli Məclisin komitələrinin Şuşada keçiriləcək birgə iclasının gündəliyi açıqlandı

DAXİLİ SİYASƏT 18 may 2022, 18:15
Milli Məclisin Gənclər və idman və Ailə, qadın və uşaq məsələləri komitələrinin Şuşada keçiriləcək birgə iclasının gündəliyi açıqlanıb.

Demokrat.az xəbər verir ki, mayın 21-də keçiriləcək toplantının gündəliyinə iki məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli Sərəncamına uyğun olaraq, gənclərin və ölkəmizi yarışlarda təmsil edən idmançıların maarifləndirilməsi.

2. Qarabağ tarixində ailə dəyərləri və qadın hüquqları.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 iyul 2025, 23:23
Top