II və III ixtisas qrupu üzrə abituriyentlər buraxılış vərəqəsini əldə edə bilərlər

SOSİAL 18 may 2022, 15:04
21-22 may tarixlərində ikinci və üçüncü ixtisas qrupu üzrə qəbul imtahanı verənlər üçün imtahanın harada keçiriləcəyi, başlama saatı və qaydaları yazılan buraxılış vərəqələri artıq Dövlət İmtahan Mərkəzinin saytına yerləşdirilib.

Bunu Dövlət İmtahan Mərkəzinin Mətbuatla İş və Elektron Kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə Demokrat.az-a bildirib:



“May ayının 21-də üçüncü ixtisas qrupu, ayın 22-də isə ikinci ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verənlərin imtahanı keçiriləcək. Bu imtahanda iştirak edənlər artıq Dövlət İmtahan Mərkzinin saytına daxil olub öz imtahana buraxılış vərəqəsini çap eləyə bilərlər. Bütün imtahanlarda biz çalışırıq ki, imtahanın keçirildiyi gündən bir həftə əvvəl həmin ol buraxılış vərəqəsini Dövlət İmtahan Mərkzinin saytına yerləşdirək.”

Gülçin Qorxmaz
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top