Salyanda şəhidin məzarı ziyarət olundu — FOTOLAR

SOSİAL 17 may 2022, 13:16
17 may Vətən Müharibəsi Şəhidi əsgər Allahverdi Bəhram oğlu Novruzovun cənnətdə doğum günüdür. 

Demokrat.az xəbər verir ki, bu münasibətlə Yeni Azərbaycan Partiyası Salyan rayon Təşkilatının sədri Elmar Əhmədov və Yeni Azərbaycan Partiyası Salyan rayon Təşkilatının fəalları, Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov və Salyan rayon Gənclər və İdman İdarəsinin əməkdaşı, Salyan rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rəşad Kərimov, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin qohumları və şəhidin ailə üzvləri Salyan Şəhidlər Xiyabanında Vətən Müharibəsi Şəhidi əsgər Allahverdi Bəhram oğlu Novruzovun məzarını ziyarət ediblər, məzarı önünə gül dəstələri qoyublar, ruhuna dualar oxuyublar.




Məlik
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top