Milli Məclisə Aparat rəhbəri təyin edildi

DAXİLİ SİYASƏT 17 may 2022, 11:24
Fərid Famil oğlu Hacıyev Milli Məclisin Aparat rəhbəri təyin edilib.

Demokrat.az xəbər verir ki, o, artıq kollektivə təqdim olunub.

O, bundan əvvəl Milli Məclis Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsində işləyib.

Qeyd edək ki, ixtisası hüquqşünas, dövlət qulluğunun təşkili və idarəedilməsi olan F.Hacıyev 25 aprel 1989-cu ildə anadan olub.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top