“Bu, dünyada siyasi krizlərin artmasına səbəb olacaq” — ŞƏRH

GÜNDƏM 16 may 2022, 13:47
“Rusiya-Ukrayna müharibəsi həm dünya iqtisadiyyatı, həm də dünya siyasəti üçün rahat nəsə vəd etmir”.

Bunu Demokrat.az-a açıqlamasında  "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi"nin rəhbəri Samir Hümbətov deyib.
 
“Bu gün hər kəsi ən çox düşündürən sual Rusiyanın müharibədə məğlub olması və bunun nəticəsində nüvə silahının istifadə edilibi-edilməməsi ilə bağlıdır. Fikrimcə, nüvə silahından istifadə olunmayacaq. Çünki nüvə silahından istifadə olunması üçün hər hansı bir əsas yoxdur. Əsas o vaxt ola bilər ki, Rusiyaya qarşı nüvə təhdidi olsun. İndiki halda Rusiya özündən qat-qat kiçik bir dövlətlə müharibə aparır.  Düşünürəm ki, Rusiyanın bu müharibədə məğlub olması onu təcrid olunma siyasətinə gətirib çıxaracaq. Bu da dünya iqtisadiyyatı, xüsusən də enerji siyasəti üçün böyük bir problemlərin, risklərin yaranmasını gətirib çıxara bilər”. 



“Əlbəttə, nəzərə alsaq ki, dünyada bu gün qaz satışında əsas ön sıralardan birini məhz Rusiya tutur. Eyni zamanda dünya ticarətində Rusiyanın böyük payı var idi. Həm Çinlə, həm də Avropa dövlətləri ilə ticarəti var idi, yəni çoxşaxəli ticarətə malik idi. Ancaq bu gün Rusiyaya tətbiq edilən sanksiyalar nəticəsində artıq Avropa ilə ticarətində asxamalara yarandı, eləcə də Çinlə ticarətində də bu prosesləri yaşayır. Bəzi sahələrdə tətbiq edilən sanksiyaların təsirləri görsənməyə başlayır. Artıq rahat şəkildə deyə bilərik ki, bu dünyada iqtisadi böhranın dərinləşməsinə, siyasi krizlərin artmasına gətirib çıxara bilər. Həmçinin, Rusiyanın parçalanmasını sürətləndirə bilər. Bunu yaxın müddətdə gözləyə bilmərik, amma hər halda baş verərsə, bu artıq regionda vəziyyətin kökündən dəyişməsinə, yeni dövlətlərin formalaşmasına gətirib çıxara bilər”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top