“Müavinim haqqındakı video bilərəkdən yayılıb”

GÜNDƏM 13 may 2022, 10:50
Gənclər və idman naziri Fərid Qayıbov müavini Mariana Vasilevanın haqqında bir müddət əvvəl yayılmış rəqs videosuna münasibət bildirib.

O, “ASAN Radio”ya açıqlamasında görüntülərin bilərəkdən yayıldığını deyib: “Həmin video sosial şəbəkələrdə yox idi. Orada olan bir nəfər tərəfindən bilərəkdən yayılmışdı. Təbii ki, əmin adamın kimliyini bildik”.

Qeyd edək ki, Mariana Vasileva nazir müavini təyin ediləndən sonra onun rəqs videosu yayılmışdı və görüntülər sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olmuşdu.



Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top