Saakaşvili klinikaya köçürülür — FOTO

REGİON 12 may 2022, 11:19
Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili saxlanıldığı 12 saylı Rustavi həbsxanasından klinikaya köçürülür.

Bu barədə məlumatı “İnterpressnews” yayıb.

Bildirilir ki, bir qədər əvvəl bir neçə maşın həbsxananın ərazisini tərk edib.

Bununla yanaşı, Saakaşvilinin köçürülməsi planlaşdırılan “Vivamed” klinikasının ərazisi sarı lentlə əhatəyə alınıb.

Xatırladaq ki, Gürcüstanın eks-Prezidenti ötən il oktyabrın 1-i Tbilisidə saxlanıldığı gün aclıq aksiyasına başlamışdı. O, 50 günlük aksiyadan sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü.

Saakaşvili fevralın 21-də müddətsiz aclıq aksiyasını təkrarlamışdı.

Gürcü siyasətçi ötən həftələrdə məhkəmə prosesi zamanı qeyd edib ki, özündə zəiflik hiss edir, qida qəbul edə bilmir və son bir neçə gün ərzində 12 kiloqram arıqlayıb. Məhkəmə prosesinin başlamasından 5 dəqiqə sonra Saakaşvili öz çıxışını yarıda kəsərək həkim yardımı tələb edib.

Qeyd edək ki, M. Saakaşvili 6 il müddətinə həbs olunub.



Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top