Hacıqabulda TIR sürücüsünün meyiti kabinədən tapıldı

HADİSƏ 12 may 2022, 09:35
Hacıqabulda sürücü avtomobildə ölü tapılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindən keçən hissəsində park halında TIR tipli qoşqulu yük avtomobilinin kabinəsində sürücünün meyiti aşkar edilib.

Onun hansı vəziyyətdə öldüyü hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Meyit müayinə olunmaq üçün Şirvan Şəhər Patoloji Anatomiya Birliyinə yerləşdirilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top