Ukraynanın ilk prezidenti vəfat etdi

DÜNYA 10 may 2022, 22:00
Ukraynanın birinci prezidenti Leonid Kravçuk uzun sürən xəstəlikdən sonra bu gün, mayın 10-da vəfat edib.

Demokrat.az bildirir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

“Bu gün, 2022-ci il mayın 10-da, Kiyev vaxtı ilə saat 17:00-da müstəqil Ukraynanın ilk prezidenti Leonid Makaroviç Kravçuk uzun sürən xəstəlikdən sonra vəfat edib”, - məlumatda deyilir.

Xatırladaq ki, 2021-ci il iyunun sonunda Leonid Kravçukun səhhətinin pisləşdiyi məlum olub. Daha sonra Kravçukun Kiyev Ürək Mərkəzində əməliyyat olunduğu məlum olub.

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top