Şuşada Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə fləşmob keçirildi — VİDEO

GÜNDƏM 10 may 2022, 09:35
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə fləşmob keçirilib.

Demokrat.az xəbər verir ki, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi məlumat yayıb.

Hərbçi, polis və müxtəlif sahələrdə çalışan gənclərin iştirakı ilə keçirilən fləşmob Cıdır düzündə, Şuşanın qala qapılarının önündə və şəhərin başqa bir neçə nöqtəsində təşkil olunub.

Fləşmob iştirakçılarının iştirakı Cıdır düzündə ümummilli lider Heydər Əliyevin imzası və 99 rəqəmi əks olunub.

Fləşmobun videoçarxında ulu öndərin Şuşa ilə bağlı fikirləri də səsləndirilib.



Məlik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top