Hacıqabulda güclü sel körpünü uçurdu

HADİSƏ 09 may 2022, 22:47
Hacıqabulda güclü sel Pirsaatçay üzərindəki körpünü uçurub.

“Report”un Aran bürosunun məlumatına görə, bu gün axşam saatlarında sel rayonun Udulu kəndində bir sıra fəsadlar törədib.

Kənd sakinlərinin bildirdiyinə görə, Pirsaatçay üzərindəki köhnə körpünün bir hissəsi yuyularaq sıradan çıxıb. Nəticədə rayon mərkəzi ilə 7 kənd arasında müvəqqəti olaraq əlaqəsi kəsilib.

Sakinlərdən əldə etdiyimiz məlumata görə, artıq həmin əraziyə müxtəlif təyinatlı texnika cəlb edilib, lazımi tədbirlər görülüb. Körpü artıq bərpa edilərək istifadəyə verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top