Makrondan Avropaya: "Qarşıdakı həftələr və aylar çətin olacaq"

DÜNYA 09 may 2022, 21:57
"Münaqişə başa çatdıqdan sonra Rusiya və Ukraynanın iştirakı ilə danışıqlar masası arxasında sülhün əldə olunmasını razılaşdırmaq lazımdır". 

Demokrat.az TASS-a istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Avropa Parlamentinin Avropanın gələcəyinə dair konfransından sonra keçirilən mətbuat konfransında deyib.

"Bizim məsuliyyətimiz münaqişəni Avropanın digər hissələrinə yaymadan atəşkəsə nail olmaqdır.

Sabah bizə sülh qurmaq lazım gələcək və bu, Ukrayna və Rusiyanın iştirakı ilə danışıqlar masası arxasında baş tutmalıdır.
Bu danışıqların şərtlərini Rusiya və Ukrayna müəyyən edəcək. Bu, heç bir tərəfi inkar etmədən və ya aşağılamadan edilməlidir", - Fransa lideri bəyan edib.
O əlavə edib ki, qarşıdakı həftələr və aylar çətin olacaq və Avropadan lazımi səylər və birlik tələb olunacaq.

Makron xatırladıb ki, Avropa layihəsi (red: 2-ci dünya) müharibədən sonra bir daha təkrarlanmamaq arzusu ilə yaranıb.

Rusiya prezidenti Vladimir Putinin Qələbənin ildönümü şərəfinə keçirilən paraddakı çıxışı ilə bağlı jurnalistin sualını cavablandıran Makron bildirib ki, o, heç vaxt liderlərin çıxışlarını şərh etmir. Bununla belə, o, hesab edir ki, Moskvadakı mərasimdə döyüşçü qeydləri var, həmin gün Strasburqda keçirilən konfrans isə Avropa sülhünə həsr olunub.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top