Ruslar "Qrad"la uşaqların həyatına son qoydu

GÜNDƏM 07 may 2022, 22:07
Rusiya ordusu Luqansk vilayətinin Privolye kəndində yaşayış sahəsini "Qrad"la atəşə tutub. 
 
Demokrat.az
UNİAN-a istinadən xəbər verir ki, bu barədə Luqansk hərbi-mülki administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib.
 
Bildirilir ki, hücumlar nəticəsində 11 və 14 yaşlı iki uşaq öldürülüb. Həmçinin, 12 və 8 yaşlı iki qız və 69 yaşlı bir qadın yaralanıb.
 
“Nahardan sonra Privolyenin yaşayış sektoru "Qrad"dan atəşə tutulub. Mərmilər evlərə kimi çatıb. Atışmalardan sonra "Luqansk-1" çevik reaksiya qrupu mümkün qurbanların axtarışı üçün şəhər ətrafında yollanıb” - S.Qayday bildirib.
 
O, əlavə edib ki, polis hələ də raketlər atılan yerdədir, axtarış işləri aparılır və qurbanların artma ehtimalı var. 
 
S.Qayday mülki insanların təxliyə olunmağa çağırıb:
 
“Sülhpərvər rus" bizim gələcəyimizdən - bizim uşaqlarımızdan həyatlar alır. Evakuasiya edin! Uşaqlara diqqət edin! Nəyi gözləyirsiniz?", - Qayday çağırıb.

Zamiq
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top