Ağciyər Xəstəlikləri İnstitutunda nələr baş verir? — Yeni direktora hədə-qorxu zəngi edildi

SOSİAL 06 may 2022, 16:25
Məlum olduğu kimi bir neçə gün öncə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru tutduğu vəzifəsindən azad edildi.

Gedərkən kreslosunu da özü ilə aparmağı unutmadı.

İctimai vəkil Samir Zeynalovun sözlərinə görə, məlum şəxs vəzifəsi ilə vidalaşanda, institut onun yaratdığı problemlərlə hələ də vidalaşa bilməyib. Belə problemlərdən biri institutun "kliniki-diaqonstika laboratoriyası" şöbəsinin müdiri Nuriyyə Səlimova ilə bağlıdır:

“Həqiqət Qədirova tərəfindən uzun müddət himayə olunan bu şəxs qeyri-etik davranışları və özbaşınalıqları ilə institutu konfilikt yuvasına çevirmişdi və hələ də bu vəziyyət qalmaqdadır. Ona yaradılan bu qanunsuz şəraitin və imtiyazların nəticəsi idi ki, Nuriyyə Səlimova dayanmadan sevimli rəhbərinə, yəni Həqiqət Qədirovaya məddahlıq edirdi, hətta ona görə vəzifəsindən belə gedə biləcəyini, canını onun uğurunda fəda edə biləcəyini də vurğulamaqdan çəkinmirdi.

Vəziyyət o yerə çatdı ki, Nuriyyə Səlimova hətta sevimli rəhbərinə belə qarşı çıxmaqdan, ona tabesizlik göstərməkdən çəkinmədi və önəmlisi bunu iclasda, digər işçilərin qarşısında edib. Buna görə sabiq direktor tərəfindən ona ancaq yazılı xəbərdarlıq olunub və eyni zamanda törətdiyi əməllər aktlaşdırılaraq TƏBİB-ə göndərilib. Lakin, nəticədə sözügedən şəxs barəsində ciddi intizam tədbiri görülməyib”.

Samir Zeynalov iddia edir ki, Nuriyyə Səlimova hətta hazırkı direktora da vaxtilə hədə-qorxu xarakterli zənglər etdirib.

Səsləndirilən iddialar sırasında şöbə müdirinin “Həqiqət Qədirovaya görə vəzifəmdən gedərəm, canımı qurban edərəm”,- deməsi də yer alır.

Bütün bunlara aydınlıq gətirməkçün Nuiyyə Səlimova ilə telefon bağlantısı qurmağa çalışdıq.

Cebhe.infoya açıqlamasında adıgedən şəxs keçmiş direktorla bağlı suallara cavab vermək istəmədiyini bildirdi: “Xəstələrimiz var. Biz müayinə ilə məşğuluq. Üzrlü hesab edin. Hazırda yaşlı ana məni gözləyir, onu ləngidə bilmərəm. Səhiyyə qurumu var, rəhbərlər var. Onlarla əlaqə saxlayın”.

Nuriyyə Səlimova onun haqqında iddiaların səslənməsinə isə belə reaksiya verib: “Neçə illərdir ki, mənim barəmdə belə şeylər var. İddialar hamısı yalandır və bu məhkəmələrdə təsdiqini tapıb. Hamısı Aynur Əsədlinin dələduzluqla bağlı əməlləridir və ifşa olunub. Xahiş edirəm biz elm adamlarıyıq, artıq suallarla vaxtımızı almayasınız “.(cebhe.info)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top