Medvedev və Şoyqu Ukrayna Baş Prokurorluğuna çağırıldı

REGİON 06 may 2022, 13:48
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev və müdafiə naziri, ordu generalı Sergey Şoyqu Ukraynanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına qəsddə şübhəli bilinir.

UNIAN xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Medvedev 16, 17 və 18 may tarixlərində Ukrayna Cinayət Məcəlləsinin 110-cu maddəsinin 2-ci bəndinə əsasən (Ukraynanın ərazi bütövlüyü və toxunulmazlığının pozulması) cinayət əməlində şübhəli şəxs qismində dindirilmək üçün Ukrayna Baş Prokurorluğuna çağırılıb.

Müdafiə naziri Şoyqu da şübhəli şəxs qismində həmin tarixlərdə dindirilməyə çağırılıb. O, eyni cinayət əməlini törətməkdə – bir qrup şəxs tərəfindən əvvəlcədən razılaşdırılaraq Ukrayna Konstitusiyası ilə müəyyən edilmiş qanunları pozmaqla Ukrayna ərazisinin və dövlət sərhədlərini dəyişdirmək məqsədi ilə qəsdən hərəkətlər etməyə çağırışlar etməkdə şübhəli bilinir.

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko, Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin, Rusiya Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Rusiya Milli Qvardiyasının direktoru Viktor Zolotova da istintaqda ifadə vermələri üçün bildiriş göndərilib.

Rza
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top