Qaz istifadəsi limitinin ləğv olunması gözlənilmir

SƏNAYE VƏ ENERGETİKA 06 may 2022, 13:25
"Qaz istifadəsi limitinin ləğv olunması gözlənilmir. Yayılan şaiələrin heç bir əsası yoxdur. Əslində qaz istifadəsinə tətbiq olunan limit sosial yönümlüdür. Və əhalinin az təminatlı təbəqəsi üçün nəzərdə tutulub".

Demokrat.az xəbər verir ki, bu fikirləri "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

Ruslan Əliyev həmçinin bu ilin yanvar-aprel ayında əhali qrupu üzrə abonentlərin qaz istifadəsi limitini keçməsi barədə statistik rəqəmlər də təqdim etdi. Belə ki, bu ilin yanvar-aprel ayında 78,9%-i (1 912 542 abonent) aşağı qaz istifadəsi limitini (1 200 kubmetrədək) keçməyib, 21,1%-i və ya 510 751 min abonent isə keçib. Mayın 1-nə olan məlumata görə, "Azəriqaz" üzrə istismarda olan sayğacların sayı (əhali üzrə - red.) 2 423 293 ədəddir, bunların 62,6%-i sonradan ödənişli (mexaniki), 37,4%-i smart-kart tipli cihazlardır.

Rza
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top