Etirazçılar Sevan-İrəvan yolunu bağladı

DÜNYA 04 may 2022, 17:58
Ermənistanda etiraz aksiyası iştirakçıları Sevan-İrəvan avtomobil yolunu bağlayıb.

Demokrat.az xəbər verir ki, hadisə yerinə gələn polis əməkdaşları iştirakçılardan yolu açmağı tələb edib.

Bunun ardınca, polisin tələbini rədd edən aksiya iştirakçıları və hüquq-mühafizə orqanları əməkdaşları arasında dava düşüb. Nəticədə polis yolun zolaqlarından birini açmağa müvəffəq olub.

Xatırladaq ki, Ermənistanda aprelin sonundan etibarən ölkənin Baş naziri Nikol Paşinyana qarşı aksiyalar təşkil edilir. Etirazçılar Paşinyanın və cari hökumətin istefasını tələb edirlər.

Məlik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top