Putin: "Rusiya Ukrayna ilə dialoqa açıqdır"

GÜNDƏM 03 may 2022, 19:35
Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında telefon danışığı olub.

 Putin Makronu yenidən prezident seçilməsi münasibətilə təbrik edib.

Rusiya prezidenti fransalı həmkarının diqqətini Avropa İttifaqı ölkələrinin Ukrayna silahlı qüvvələrinin hərbi cinayətlərinə məhəl qoymamasına yönəldib. Putin bildirib ki, Qərb Kiyev hakimiyyətinə müvafiq təzyiq göstərməklə, eləcə də Ukraynaya silah tədarükünü dayandırmaqla bu vəhşiliklərin dayandırılmasına kömək edə bilərdi.

Rusiya-Ukrayna danışıqları barədə danışan Rusiya lideri bildirib ki, Kiyevin qeyri-ardıcıllığına və ciddi işə hazır olmamasına baxmayaraq, Rusiya tərəfi əvvəlki kimi dialoqa açıqdır.

Vladimir Putin vurğulayıb ki, ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyət ilk növbədə Qərbin sanksiyaları ilə çətinləşir. (apa)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top