"Ukrayna Putinin məğlubedilməzlik mifini darmadağın etdi" — Conson

GÜNDƏM 03 may 2022, 19:05
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Boris Conson əmindir ki, Ukrayna Rusiyanın başlatdığı müharibədə qalib gələcək.

Demokrat.az UNİAN-a istinadən bildirir ki, Conson bunu  Ukrayna Ali Radasına onlayn müraciəti zamanı bildirib .

“Bu gün sizə bir mesajım var: Ukrayna qalib gələcək, Ukrayna azad olacaq”, - Conson bildirib.

 Ukraynanın Rusiya ilə müharibədə tez bir zamanda yıxılacağını deyən ekspertlərin fikirləri yanlışdır. Siz Putinin məğlubedilməzliyi mifini darmadağın etdiniz və ölkənizin hərbi tarixində, həyatında ən böyük fəsillərdən birini yazdınız. Bu, Ukraynanın xatırlanacaq və gələcək nəsillərə xəbər verəcək ən yaxşı dövrüdür.  Tanklar və silahlar onun müstəqilliyi uğrunda mübarizə aparan xalqın qəhrəmanlığını  boğa bilməz və buna görə də mən Ukraynanın qalib gələcəyinə inanıram”.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top