Bayden müsəlmanların Ramazan bayramını təbrik etdi

GÜNDƏM 02 may 2022, 20:40
ABŞ Prezidenti Cozef Bayden dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib.

Demokrat.az xəbər verir ki, ABŞ rəhbəri təbrik paylaşımını tviter hesabında edib.

“Cill və mən Ramazan bayramını qeyd edən hər kəsə ən xoş arzularımızı çatdırırıq. Dünya müsəlmanları Ramazan ayını başa vurduqca, ay ərzində şahidi olduğumuz icma, şəfqət və xidmət ruhu il boyu davam etsin”, - Bayden sosial şəbəkə hesabında yazıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top