“Rusiya Ermənistana sərbəst xarici siyasət yürütmək şansı tanımaq istəmir” — ŞƏRH

GÜNDƏM 02 may 2022, 17:49
“Hazırda Ermənistan qarışmaq üzrədir”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib. Onun sözlərinə görə, Rusiya Ermənistana sərbəst xarici siyasət yürütmək şansı tanımaq istəmir:

“Kremli narazı salan əsas məsələ Paşinyan hakimiyyətinin Azərbaycan ilə sülh sazişi imzalamağa hazırlanmasıdır. Kreml Rusiyanın iştirakı olmadan cərəyan edən bu prosesi pozmağa çalışır. Ona görə də, Kreml bir tərəfdən Rusiyayönümlü revanşist erməni müxalifətini hərəkətə gətirib. Əsas məqsəd Rusiyanın təlimatlarıni icra etməkdən yayınan Paşinyan hakimiyyətini devirməkdən ibarətdir. Digər tərəfdən isə Rusiya Ermənistan ordusu üzərindən Cənubi Qafqazda hərbi-siyasi gərginliyi artırmağa çalışır”. 



 Politoloq qeyd edib ki, Ermənistan ordusu daxilində Rusiyanın təlimatlarını qeyd-şərtsiz yerinə yetirməyə hazır olan çox sayda yüksək rütbəli zabit və generalın olduğu qətiyyən şübhə doğurmur:

“Məhz bunun sayəsində Kreml regionda hərbi-siyasi gərginliyi artırmaq imkanlarını qoruyur.Yəni, hazırda Ermənistanda və ümumiyyətlə, sərhəd bölgəsində baş verənlər Rusiyanın pozuculuq fəaliyyətinin nəticəsidir. Rusiya Brüssel anlaşmalarının icra edilməsi prosesini pozmağa çalışır. Bu məqsədlə də Kreml Paşinyan hakimiyyətini devirməyə cəhd göstərir”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top