The Times: “Rusiya Moldovaya hücum etmək qərarına gəlib”

REGİON 02 may 2022, 08:56
“Rusiya Moldovaya hücum etmək qərarına gəlib. Kreml artıq hərbi əməliyyat üçün aydın planlar hazırlayıb”.

Demokrat.az xəbər verir ki, bu barədə “The Times” nəşri Ukrayna kəşfiyyatındakı mənbələrə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, Rusiya Moldovaya hücum edərsə, o zaman Donbassla bağlı ssenarini təkrarlaya bilər.

“Biz hesab edirik ki, Kreml artıq Moldovaya hücum etmək qərarına gəlib. Moldovanın taleyi çox vacibdir. Əgər ruslar nəzarəti ələ almağa başlasa, biz hərbi baxımdan asan hədəfə çevriləcəyik və Ukrayna üçün təhlükə mövcud olacaq. Əgər Rusiya Dnestryanı bölgənin “müstəqilliyi”ni tanıyarsa, bu, birbaşa təhdid və Moldovanın ərazi bütövlüyünün pozulması olacaq. Bu, “Donbas ssenarisi”nin təkrarı olacaq. Daha sonra çoxlu sayda silah tədarük olunacaq, sonra isə ərazini Rusiyaya qatmaq istəyəcəklər”, - deyə mənbələr bildirir.

Nəşr onu da bildirir ki, Rusiya Moldovanı ələ keçirsə, o zaman rus hərbçiləri Odessaya doğru gedərək qərb tərəfdən Ukraynanın ərazilərinə hücum etməyə cəhd edə bilər.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top