Çavuşoğlundan “Bozqurd” açıqlaması

GÜNDƏM 01 may 2022, 20:55
“Uruqvayla heç bir problemimiz yoxdur. Bizimlə münasibətləri canlandırmaq istəyirlər. Səfərimiz də bu çərçivədə baş tutub”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Latın Amerikası turnesindən sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O, Uruqvaya rəsmi səfərinə etiraz əlaməti olaraq Türkiyənin bu ölkədəki səfirliyinin qarşısına toplaşan ermənilərə göstərdiyi bozqurd işarəsi barədə də açıqlama verib.

“Əslində, nümayişçilər çox çirkin davranışlar sərgilədilər. Bu qəbuledilməz və çirkin münasibətlərdən sonra lazımi cavabı verdik. Bizim hərəkətimiz nə

Uruqvay hakimiyyətinə, nə Uruqvay xalqına, nə də nümayişçilərə təhqirdir. Buna görə bizi günahlandırmaları da yersizdir. Gələcəyə baxmalıyıq”, - deyə XİN başçısı qeyd edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top