Prezident: “Əgər sülh sazişi imzalansa, Qafqazda sülh davamlı olacaq”

XARİCİ SİYASƏT 29 apr 2022, 10:50
“Azərbaycanın təklifi əsasında Ermənistan, nəhayət ki, sərhədimizin delimitasiyası prosesinə başlamaq üçün Azərbaycanla birgə işçi qrupları yaratmağa razılaşıb”.

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşündə deyib.

“Əgər sülh sazişi imzalansa - əsas prinsiplər məlumdur - o zaman Qafqazda sülh davamlı olacaq. Bizim istədiyimiz budur. Bizim göstərdiyimiz və bəyan etdiyimiz Qafqazda sülhün bərqərar olması iradəmizin bariz nümunəsidir”, - dövlət başçısı bildirib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top