Üç universitet qurtarıb, amma çobanlıq edir...

REGİON 28 apr 2022, 19:00
Türkiyənin Ardahan bölgəsində yaşayan gəncin sözləri hər kəsi şoka salıb.

Demokrat.az xəbər verir ki, Hakan Bəyaz adlı gənc 3 universitet bitirsə də, hazırda çobanlıq edir.

32 yaşlı gəncin sözlərinə görə iş tapa bilmədiyindən son çarəni çoban olmaqda görüb. Onun sözlərinə görə, həmin bölgədə onun kimi yüzlərlə gənc var.

Hakan verdiyi müsahibədə "Haqqımı yeyən heç kəsə hallalıq vermirəm. Çoban olmaq üçün təhsil almağa ehtiyac yoxdur" sözlərini deyib.

Onun açıqlaması geniş müzakirələrə səbəb olub.

Malik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top