İlham Şaban: “Azərbaycan qazı Rusiya qazından heç də geri qalmır”

SƏNAYE VƏ ENERGETİKA 28 apr 2022, 17:44
Məlum olduğu kimi, Avropa Birliyi təbii qaz idxalında Rusiyadan asılılığı mümkün qədər azaltmağa çalışır. Buna görə də qaz tədarükünü maksimum şaxələndirmək istiqamətində ciddi işlər görür. O da məlumdur ki, artıq Azərbaycandan Avropaya təbii qaz nəql olunur. Düzdür, Rusiya təbii qazının həcmi ilə müqayisədə Cənub Qaz Dəhlizi ilə ötürülən qazın həcmi çox da böyük deyil. Ancaq sual yaranır, Azərbaycandan Avropaya nəql olunan təbii qazın keyfiyyəti necədir? 

Suallımıza Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban  aydınlıq gətirib. Ekspertin sözlərinə görə, bu ilin təhlili göstərir ki, Azərbaycan qaz bazarı məkanına yeni bir oyunçu kimi daxil olub:

“Demək olar ki, ölkəmiz bu müddət ərzində Avropadakı istehlakçıların inamını qazanıb. Hətta Azərbaycan Avropada rəğbət hissi də oyada bilib. Xatırladım ki, 2017-ci ildən Azərbaycan Rusiya qazını almır. Belə ki, artıq Azərbaycan özü 5 ölkəyə: Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan və İtaliyaya təbii qaz ixrac edir. Hər bir ölkə ilə imzalanmış müqavilədə qazın keyfiyyət parametri necə ölçüldüyü qeyd olunur. Qeyd edim ki, qazın keyfiyyət parametri onun istilik vermə əmsalı ilə ölçülür. Azərbaycanın qazı istilik vermə əmsalına görə Rusiya qazından heç də geri qalmır”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top