Boşanma insanı Allahdan da uzaq salar...

GÜNDƏM 28 apr 2022, 15:52
Qədr gecəsi ehtimal olunan bu gecədə sizə boşanmalardan bəhs edim. Çünki boşanma (onun səbəbləri) elə bir şeydir ki, insanı dinindən-imanından da edə bilər, insanı Allahdan uzaq da salar.

2021-ci ilin avqust ayından mediator kimi fəaliyyətə başlamışam və ən çox baxdığımız işlər də boşanma işləridir. Saymadım, amma düşünürəm ki, 100-dən çox boşanma işinə baxmışam. Yəni təcrübəyə əsasən danışıram. 

Bu gün üçün evlənməkdən əvvəl 3 dəfə düşünüb, "bir az daha gözləyim" demək lazımdır. Əvvəla evlənən tərəflər həm özlərini və evlilikdən nə gözlədiklərini, həm də qarşı tərəfi və onun evlilikdən nə gözlədiyini başa düşməlidir və qarşı tərəfə başa salmalıdır. 

Kişilər bilməlidir ki, evlənmək istədikləri qadına qarşı duyduqları ehtiras keçicidir və ilk mətbəx razborkasından sonra sona çata bilər, bu səbəblə də onu həmin qadına bağlayan digər MƏNƏVİ, DÜNYAGÖRÜÇÜ və KÜLTÜR bağlarının olub-olmadığını yoxlamalıdır. Başqa bir sözlə kişi qadını hormonal heyvani instinktlə deyil, qəlbi ilə sevməlidir və onunla birlikdəlik arzulamalıdır. 

Qadınlar öz növbəsində bilməlidir ki, onlar adətən kişini deyil, reallıqda ÖZLƏRİNİN o kişi tərəfindən SEVİLMƏSİNİ sevirlər. Qadına yuxarıda izah etdiyim hormonal instinkti hissi ilə yatağına almış kişi bir müddət sonra özünə başqa dişi arzusuna keçib evləndiyi qadına qarşı marağını azaldır, belə halda isə əvvəlki kimi arzulanmadığını görən qadın da bir müddət sonra həmin kişidən soyuyur. Lakin o yenə sevilməyi arzu edur, lap başqa insan tərəfindən olsa da. 

Bu yazdıqlarım boşanmaların əsas səbəbini təşkil edir, lakin bundan başqa səbəblər də var - məsələn bəzi cütlüklərdə birisi aşırı maddiyyata düşkün olur və onun bu gözləntisinin qarşılanmaması narazalığın təməlini qoyur. Başqa bir səbəb isə ətrafın basqısıdır, o da yetişməmiş, olqunlaşmamış cütlüklərdə öz fəsadını göstərir. 

Dünyagörüşünün fərqli olması da, gələcəkdə yaranacaq ixtilafların əsas benzinini təşkil edə bilir. Praktikamızda bir hadisədə, sələfi dünya görüşünə sahib bir xanım, ildə bir-iki dəfə içki içən ərini kafir hesab edirdi və aralarındakı nikahı da batil sayaraq boşanmaq istəyirdi. 

Bir başqa cütlükdə isə, qadın xırda bir mübahisədə bütün blokun eşidəcəyi şəkildə qışqırmağa başlayırdı, habelə yuxudan kal oyananda bütün gün hirsli olurdu, habelə sıx-sıx ərinə video call etməklə soyuq olan aranı daha da açdığına görə, xırda mübahisələri ciddi davaya dönən cütlük boşanırdı - təbii ki, nikahdan əvvəl tərəflər bu qədər fərqli olduqlarını öyərnmiş ola bilmirdi. 

Başqa səbəblər də var, saymaqla bitmir. 

Odur ki, evlənməyə qərar vermədən əvvəl, çox çox düşünmək, tələsməmək lazımdır. Evliliyin ilk 3 ilində də uşaq sahibi olmaqdan çəkinmək lazımdır.

Fərhad Mehdiyev
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top