11 gün əvvəl Yevlaxda Yuxarı Qarabağ kanalına düşən avtomobilin sürücüsünün meyiti tapılıb.
Demokrat.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri 23 yaşlı Sərxan İsmayılzadənin meyitini bu gün kanalın Malbinəsi kəndindən keçən hissəsində aşkarlayıblar. Gəncin cəsədi aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, aprelin 16-da Ağdam sakini olan və nitq qüsurlu S.İsmayılzadənin idarə etdiyi “VAZ 2107” kanalın üstündəki körpüdən aşıb. Daha sonra avtomobil sudan çıxarılsa da, sürücü tapılmamışdı.
Faktla bağlı araşdırmalar davam etdirilir.(qafqazinfo.az)

