"Ukrayna bir neçə dövlətə parçalanacaq"— Patruşev

GÜNDƏM 26 apr 2022, 18:41
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev  bildirib ki, Ukraynada yaşayan xalqları indi yalnız millətçi batalyonların qorxusu birləşdirir.

Ona görə də Qərbin və onun nəzarəti altında olan Kiyevin siyasətinin nəticəsi bu ölkənin bir neçə dövlətə parçalanması ola bilər:

"Amerikalılar Rusiyanı sıxışdırmaq üçün Kiyevdəki himayədarlarından istifadə edərək ölkəmiz üçün antipod yaratmaq qərarına gəldilər və mahiyyətcə tək bir xalqı parçalamağa çalışdılar. Vaşinqton hələ 2014-cü il dövlət çevrilişindən çox əvvəl ukraynalılara öz millətlərinin müstəsnalığını və rus olan hər şeyə nifrət aşıladı. Lakin tarix öyrədir ki, nifrət heç vaxt milli birliyin etibarlı amilinə çevrilə bilməz. Bu gün Ukraynada yaşayan xalqları birləşdirən millətçi batalyonların vəhşiliklərindən qorxmasıdır”.(visiontv.az)
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top