Gürcüstanda təxribatçı ermənilər polisin göstərişlərinə əməl etmirlər — FOTOLAR

REGİON 24 apr 2022, 15:02
Tbilisidə uydurma “erməni soyqırımı”nın 107-cı ildönümünə həsr olunan aksiya Türkiəyinin Gürcüstandakı səfirliyinin binası istiqamətində yürüşlə davam etdirilir.

“Report”un yerli bürosu xəbər verir ki, yürüş iştirakçılarını müşayiət edən polis əməkdaşları öndə aparılan təxribatçı plakatın yığışdırılmasına göstəriş versə də, təşkilatçılar buna məhəl qoymayıblar.

Mərkəzi İlya Çavçavadze prospekti boyu addımlayan yürüşçülər Türkiyə əleyhinə şüarlar deyir, erməni dilində mahnılar səsləndirilir.

13:54
Gürcüstanın paytaxtı ​​​​​​Tbilisi şəhərində qondarma “erməni soyqırımı”nın 107-cı ildönümünə həsr olunan aksiya keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstanın erməni icmasının üzvlərinin təşkil etdiyi aksiya Filarmoniya binasının qarşısında başlayıb.

Ermənilər ötən il olduğu kimi bu il də Azərbaycan və Türkiyəyə qarşı təxribata əl atıblar. Belə ki, iştirakçılar Gürcüstan və Ermənistan bayraqları ilə yanaşı vaxtilə Azərbaycanın işğal altında saxlanılan ərazilərində yaradılmış separatçı rejimin "bayraq"larını da tutublar.

Bununla yanaşı, Türkiyənin ən hündür dağı olan Ağrı dağın təsviri olduğu və ingilis dilində “Ararat Ermənistanın ən hündür dağıdır” sözlərinin yazıldığı plakat da qaldırılıb.

Əraziyə polis əməkdaşları cəlb olunub.

Aksiya Türkiyənin Gürcüstandakı səfirliyinin binasına qədər yürüşlə davam etdiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top