Xüsusi karantin rejimi niyə ləğv olunmadı? — AÇIQLAMA

GÜNDƏM 23 apr 2022, 16:11
Xəbər verdiyimiz kimi, Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı. Bununla bağlı Nazirlər Kabineti ötən gün müvafiq qərar verdi. Bəs, xüsusi karantin rejiminin saxlanılmasına ehtiyac varmı?

Demokrat.az-ın sualına aydınlıq gətirən həkim-infeksionist Mərdan Əliyev bildirdi ki, xüsusi karantin rejimin iyul ayının 1-dək uzadılması zəruridir. Çünki yumşalmalar olsa da, peyvəndlərin vurulması ilə bağlı məsələlər hələ də gündəmdədir:



“Bilirsiniz ki, mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv edildi. Lakin xüsusi karantin rejiminin vaxtı hələ də bir müddətlik uzaldıldı. Bunun səbəbi isə peyvəndlərlə bağlıdır. Vətəndaşlarımız bəzi yerlərə daxil olarkən, onlardan mütləq şəkildə peyvənd sertifikatları tələb olunur. Buna görə də, xüsusi karantin rejimi saxlanılır. Xüsusi karantin rejiminin olmaması üçün pandemiyaya aid olan hər şey ləğv edilməlidir. Buna görə də, xüsusi karantin rejimi saxlanılıb. Əgər xüsusi karantin rejimi artırılmasa, bu o deməkdir ki, pandemiya artıq bitib. Ancaq hələ də pandemiya təhlükəsi qalmaqdadır”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top