Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi baş tutmayıb.
Demokrat.az-ın xəbərinə görə, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə bu günə təyin olunmuş məhkəmə prosesi təxirə salınıb.
Buna səbəb işə çıxan hakimlərdən biri Aslan Kəlbəliyevin xəstələnməsi olub.
Məhkəmə iclası qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
Cinayət işi üzrə zərərçəkmiş Əfsəl Həsənəliyev iş üzrə prosesin dəfələrlə təxirə salınmasına etiraz edib: “Mənim 72 yaşım var. Mövlam Şıxəlyev əlimizdən aldıqları pullarla həyat yoldaşı Aybəniz Şıxəliyevaya, oğlu Elgünə, qızı Samirənin adına çoxsaylı mülklər alıb. Faktiki olaraq ailə üzvləri də bizə qarşı cinayətlərdə iştirak ediblər. Məni MTN girov götürdü. 5 aydan artıq başıma müsibətlər açdılar. Evimi “Unibank”a girov qoyub pulunu götürdülər. Bu gün də evim girovluqdadır. İndi də hər dəfə məhkəməni uzadırlar. Hakimin xəstələnməsi bəhanədir. Məqsədləri sırf Mövlam Şıxəliyevin ailə üzvlərini – həyat yoldaşını, oğlunu cinayət məsuliyyətindən yayındırmaqdır. Eyni zamanda məhkəməni saqqıza ona görə döndəriblər ki, Mövlam Şıxəliyevin məhkəməsi geniş ictimaiyyətin diqqətindən kənar saxlasınlar. Biz zərərçəkənlər məhkəmənin uzadılmasına etiraz edirik. Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik və edirik. Çünki əlimizdən alınan varidatın leqallaşmasında iştirak ediblər Aybəniz Şıxəliyevanın yaşadığı mülkün qarşısına gedib orada etiraz aksiyası keçirəcəyik”.
Digər zərərçəkənlər də Əfsəl Həsənəliyevin fikirlərinə şərik olduqlarını deyiblər. Zərərçəkən Sərdar İsmayılov deyib ki, qanunsuz həbsindən sonra həyatı alt-üst olub: “Biz Gürcüstandan İrana mal aparmışıq. Əlimizdə də gömrük bəyannaməsi. Malımızı ələ keçirmək üçün bizə qarşı cinayət etdilər, özümüzü də uydurma ittihamla həbsə aldılar. Dedilər ki, pul verməsəz, həbsdə çürüyəcəksiz. Pulumuzu aldılar, özümüzü məhkəməyə göndərib qanunsuz olaraq məhkum elədilər. Malımızı da aparıb satıblar”.
İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.
İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.
Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərərçəkiblər.
Cinayət işi üzrə 32 zərərçəkmiş var.
Fariz Məlikli
Demokrat.az