Putin və Paşinyan arasında danışıqların gündəliyi açıqlandı

REGİON 18 apr 2022, 16:57
Rusiya prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında aprelin 19-da baş tutacaq görüşün gündəliyi açıqlanıb.

Demokrat.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Bildirilib ki, tərəflər Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında Qarabağ üzrə razılaşmaların icrasını, o cümlədən regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə tədbirləri müzakirə edəcək.

Dövlət başçıları Rusiya-Ermənistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının aktual məsələləri ətrafında da fikir mübadiləsi aparmağı planlaşdırırlar./Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top