Gürcüstan nümayəndə heyəti Şuşaya səfər edəcək

GÜNDƏM 14 apr 2022, 18:28
Gürcüstanın mədəniyyət xadimləri, ekoloqlar, türkoloqlar və sosial şəbəkə fenomenlərinin Azərbaycana səfəri başlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, səfər Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan nümayəndəliyinin dəstəyi ilə həyata keçirilir.

Aprelin 17-dək davam edəcək səfər çərçivəsində Gürcüstan nümayəndə heyəti üçün paytaxt Bakı şəhərində tur təşkil olunacaq və bir sıra görüşlər keçiriləcək.

Nümayəndə heyəti həmçinin Gəncə şəhərinə və işğaldan azad olunmuş Füzuli, Ağdam və Türk Dünyasının Mədəniyyət Paytaxtı olan Şuşa şəhərinə səfər edəcək.

Qeyd olunan səfərlə bağlı səfirlik tərəfindən mütəmadi olaraq məlumat veriləcək.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top